Sumqayıtda iki ağac aşıb.
Sumqayit24.az-a bu barədə izləyicilər xəbər veriblər. Onlar bildiriblər ki, küləkli-qarlı hava səbəbindən Kotec qəsəbəsi, Gənclik küçəsində orta ölçülü, həmçinin yaxınlıqda olan irigövdəli ağac kökündən qırılaraq yolun ortasında düşüb.
Xoşbəxtlikdən hadisə baş verən zaman ərazi boş olub və piyadaların, avtomobillərin keçməsi müşahidə edilməyib. Əks halda bu, faciəyə səbəb ola bilərdi.