Sumqayıtda mənzildə yanğın olub. Bu barədə 24 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 9-cu mikrorayonda, “Kristal Abşeron” kompleksində yerləşən binanın 10-cu mərtəbəsində baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və iki texnikası cəlb edilib. Onlar alovun qarşısını alaraq digər mənzillərə keçməsinə mane olublar.
Yanğının yaranma səbəbləri bilinmir.