top
Küçə itlərindən qorunmağın yolları - KİNOLOQ MƏSLƏHƏTİ
30 sentyabr 2024, 09:30
- ↺ +

Küçə itlərindən qorunmağın yolları - KİNOLOQ MƏSLƏHƏTİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın əksər bölgələrində insanlar küçə itlərinin çoxalmasından narahatdırlar. Bu problem daha çox Sumqayıt, Bakı, Gəncə, Lənkəran və Xırdalan kimi iri şəhərlərdə, habelə Quba və Xaçmaz rayonlarında aktualdır. Yerli mediada tez-tez itlərin uşaqlara, vətəndaşlara hücum etməsinə, onları dişləməsinə dair xəbərlər yayılır.

Təbii olaraq beyinlərdə “Bəs küçə itləri insanlara hansı hallarda hücum edir? Niyə küçə itinin insana qarşı aqressivliyi yaranır? İtlərdən necə qorunmaq olar?” kimi suallar yaranır.

Sumqayit24.az qeyd olunan suallarla Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının partlayıcı və sursat axtarışı üzrə xüsusi hərbi hissənin baş kinoloqu olmuş Nicat Əhmədliyə müraciət edib. Kinoloqun sözlərinə görə, küçə itlərindən qorunmağa ehtiyac yoxdur, onlarla düzgün davranış qaydasını bilmək və qıcıqlandırmamaq yetərlidir:

“Məsələn, itlər üstümüzə sürü şəklində cumur. Bu zaman insan tərpənməməli, olduqca soyuqqanlı olmalıdır. Amma təbii ki, heç kim belə soyuqqanlı olmağa məcbur deyil, çoxu bunu bacara bilməz. Bunu bacarmayanlara isə ətrafı izləmək, itlərin sürü halında gəzdiyi yerlərdən maksimum uzaq durmalarını məsləhət görürəm”.

Azərbaycanın əksər bölgələrində insanlar küçə itlərinin çoxalmasından narahatdırlar Foto Sumqayıt24

Nicat Əhmədli itlərin insanlara hücüm etmə səbəblərinə də toxunub:

“İt sürüsü onların ərazisinə daxil olan, potensial təhlükə kimi gördükləri insanlara, həmçinin balalarını qorumaq məqsədilə hücum çəkir. Biz həmin balaları görməsək də, onlar yaxınlıqda, hansısa ağacın və kolun dibində olurlar. Bu səbəblər xaric itlər elə də hücum eləmirlər.

Bir də, təbii ki, çox şiddət görmüş itlər insanları qapır. Məsələn uşaqlar, habelə böyüklər itləri daşlayırlar, normadan kənar davranırlar. Nəticədə həmin heyvanlar insana qarşı həssas olur, daha çox təhlükə gözlədikləri üçün instiktiv şəkildə özlərini qorumağa çalışırlar.

Amma onlara qarşı hər-hansı təhlükə yoxdursa hücum etmirlər. İnsanlar it sürüsünə yaxınlaşanda hücuma məruz qalıb-qalmayacaqlarını əvvəlcədən anlaya bilərlər. Misal üçün, itlərin hamısı ayağa qalxırsa və ya, sürünün başçısı ayağa qalxıb, quyruğunu dikəldibsə, deməli hücum etməyə hazırlaşır".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər