top
Maddiyyatdan yaranan mübahisə əl qaldrıma ilə nəticələndi - KİŞİ CƏRİMƏLƏNDİ
07 dekabr 2024, 02:31
- ↺ +

Maddiyyatdan yaranan mübahisə əl qaldrıma ilə nəticələndi - KİŞİ CƏRİMƏLƏNDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 36 yaşlı Şahmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülxara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Gülxar ilə evlənib, birgə nikahından bir qız övladı var: “Sonradan mən Gülxarla boşandım. Lakin buna baxmayaraq Gülxarla birlikdə eyni evdə yaşadım. Hazırda mənim maddi sıxıntılarım olduğu üçün mütəmadi olaraq Gülxar münaqişə yaradıb, söyüşlər söyüb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 22:00 radələrində yaşadığı evdə yenə aralarında münaqişə yaranıb: “Bu zaman mən Gülxara irad bildirdim. Gülxar ünvanıma söyüşlər söydü. Bundan sonra Gülxarın sifətinə əlimin içi ilə zərbə vurdum. Gülxar mənə müqavimət göstərərək məni vurmağa çalışdı. Həmin vaxt Gülxarın boynundan tutaraq sıxdım və sol qolundan tutaraq burdum, özümdən kənara itələdim. Daha sonra isə Gülxar başqa söyüşlər söyməyə davam etdi. Münaqişədən qaçmaq üçün evdən getdim. Mən evdən çıxan zaman Gülxar artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Etdiyim əməldən peşman olmuşam. Gələcəkdə belə hallara yol verməyəcəm”.

İş üzrə zərərçəkmiş Gülxarın sözlərinə görə, Şahmar ailəsini maddi cəhətdən təmin etmədiyi üçün və ailəsinə lazımı qayğı, diqqət göstərmədiyi üçün ondan boşanıb: “Lakin buna baxmayaraq bizim ayrı qalmağımızın azyaşlı övladıma pis təsir etdiyini gördüm. Həmin vaxtlarda da Şahmar məndən üzr istəyib barışmaq istədi. Mən Şahmarla barışdım və birlikdə yaşadıq. Şahmar yenə ailəsini maddi cəhətdən təmin edə bilmədi. Evə iki gün gəldi, üç gün gəlmədi”.

Gülxar qeyd edib ki, hadisə günü saat 22:00-da yaşadığı evdə yenə aralarında maddi çətinliklərə görə münaqişə yaranıb: “Mən Şahmarın evə baxmadığımı bildirdim. Şahmarın ünvanına söyüşlər söydüm. Bundan sonra sifətimə əlinin içi ilə zərbə vurdu. Boynumdan tutub sıxdı və sol qolumdan tutaraq burdu. Daha sonra isə mobil telefonumu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahmar 300 manat miqdarında cərimə olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər