Məşhur coratlı qəzəlxanda daha bir xəstəlik aşkarlanıb. Sumqayıt24 bu haqda 13 dekabr tarixində Baku.ws-ə istinadən xəbər verir.
M .Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan Mahir Cürətin qaraciyərində də problem tapılıb. O, yenidən müayinə olunacağını bildirib:
“Hazırda xəstəxanadayam, mənə qan köçürülür, sistemlər vurulur. Həkimlər sağalmağım üçün əllərindən gələni edirlər... Səhhətimdə irəliləyişlər hiss edirdim, ayağımdakı şişlər getdikcə çəkilirdi. Amma qaraciyərimdə fəsadların aşkarlanması durumu dəyişdi. Həkimlər bildirirlər ki, buna görə də ciddi müayinə olunmalıyam. Tam müayinələrdən sonra xəstəliyin diaqnozu qoyulacaq. İndiyə qədər bu orqandan şikayətim olmamışdı. Həkimlərin sözlərinə görə, qaraciyərdə xəstəlik olarkən əvvəlcə ağrılar olmur, son mərhələdə ağrılar özünü göstərir. Bütün xəstəliklərim bir-birinə qarışıb”.