Sumqayıt Məhkəmə Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu haqda 11 mart tarixində xəbər verir.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş aksiyada Sumqayıt Apellyasiya, Ağır Cinayətlər, İnzibati, Kommersiya, Sumqayıt şəhər, Qubadlı rayon məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.
Ərazidə iqlimə uyğun 100 ədəd Eldar şamı və sərv ağacları əkilib. Ağaclara aqrotexniki qulluq göstərilib.