Sumqayıtda cərimələnən "Ümid Klinikası” MMC ilə bağlı qərara xitam verildi.
Tibb ocağına protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
"Ümid Klinikası” MMC-dən Xeberle.com-a bildirilib ki, hakim Günel İsmayılovanın sədrliyi ilə baxılan prosesdə iş üzrə icraata inzibati xəta olmadığından xitam verilib.