Sumqayıtda “Narkotiklərə yox de“ adlı maarifləndirici görüş keçirilib. Sumqayıt24 bu barədə 14 dekabr tarixində məlumat verir.
Tədbir 43 nömrəli tam orta məktəbdə baş tutub. Çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verilib. Eləcə də narkomaniyaya qarşı mübarizənin əsas məqsədinin sağlam mühit və sağlam gələcək olduğu vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar şəhər Polis İdarəsi və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.