Sumqayıt şəhəri 36 nömrəli məktəbdə "Hər bir donor bir qəhrəmandır" mövzusunda tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, şagirdlərin iştirak etdiyi tədbirdə ilkin tibbi yardım qaydaları, qanaxmalar, onların növləri və qarşısının alınmasının üsullarından danışılıb.
1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, terapevt Bahar Musayeva donor olmağın insanlar üçün nə qədər önəmli olması, qan vermək və onun faydaları haqqında geniş məlumat verib. O, həmçinin vurğulayıb ki, yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.