Sumqayıtda fəaliyyət göstərən “İdrak” liseyində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, məktəblilərin və valideynlərin iştirak etdiyi tədbirdə 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Gülşən Hüseynova "Sağlam həyat tərzi, QİCS-dən qorunma yolları" mövzusunda təqdimatla çıxış edib.
G.Hüseynova şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.