Mərkəzi Uşaq Kitabxanasında “Sənə Zəfər yaraşır, canım Azərbaycanım” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 8 noyabr tarixində Sumqayıt MUK-ya istinadən xəbər verir.
Zəfər Günü münasibətilə keçirilən tədbirdə Təfəkkür liseyinin 1b sinif şagirdləri, müəllim və valideynləri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib. Çıxış edən kitabxana mütəxəssisi Səbinə Qasımova Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, misilsiz qələbəni tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb.
Tədbir birincilərin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib. Onlar Zəfər təntənəsi ilə bağlı mətnlər və şeirlər səsləndirib, qəhrəmanlıq nəğmələri və rəqsləri ilə tədbirə xüsusi rəng qatıblar. Sonda qızlar qələbəmizi bizə yaşadan oğullarımıza ehtiram olaraq oğlanlara kiçik hədiyyələr təqdim ediblər.