Sumqayıtlı paracüdoçu idman həftəsi çərçivəsində məktəblilərlə görüşüb. Bu haqda 1 mart tarixində Sumqayıt24 xəbər verir.
Yığıncaq Y. Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə təşkil olunub. Səmimi şəkildə keçən görüşdə İkiqat dünya çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi İlham Zəkiyev şagirdlərin suallarını cavablandırıb. Sonda kollektivlə xatirə şəkli çəkilib.