Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdi uğur qazanıb. Sumqayıt24 bu barədə 10 yanvar tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
"Fikrət Əmirov 100" adlı Gənc Pianoçuların Respublika Müsabiqəsində iştirak edən Aysu Xudiyeva sertifikatla təltif olunub. Məktəblini müsabiqəyə müəllimi Ellada İsmayılova hazırlayıb.
Müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təşkil edilib.