Sumqayıtda şagirdlər 22 nömrəli məktəbin ətrafında iməcilik işləri görüblər. Bu barədə 30 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Biologiya müəllimi M. Billurə və texnologiya müəllimi M. Almazın təşəbbüsü ilə onlar ağac əkib, bitkilərə qulluq göstərib, ətrafı plastik qablardan, kağız, dəmir və digər tullantılardan təmizləyiblər.
Sonda müəllimlər ekoloji tarazlığın qorunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar.