top
Məmur oğlunun Sumqayıtdakı şirkəti cərimələndi
14 yanvar 2025, 03:59
- ↺ +

Məmur oğlunun Sumqayıtdakı şirkəti cərimələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda faaliyyət göstərən şirkət cərimələnib.

Söhbət mühərrik və sənaye yağlarının istehsalçısı olan “Technoil” MMC-dən gedir. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı üçün ziyana düşüb.

Müvafiq qurum tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilən şirkətlə bağlı müraciətə baxılıb.

Hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, “Technoil”ə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50%-dək məbləğdə cərimə edilir.

Qeyd edək ki, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11.688. 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır. Şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir.

2015–ci ildə təməli qoyulmuş “Technoil” MMC – Azərbaycanda və Qafqaz regionunda yüksək keyfiyyətli mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsidir. “Technol” ticarət markası adı altında 2016–ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərməkdədir. Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavodumuz eyni zamanda sənayə məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər