Kafedə yanğın baş verib. Sumqayıt24 bu haqda 24 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Məlumata görə, 9-cu mikrorayonda yerləşən “Manqal” kafesinin mətbəxində tüstülənmə yaranıb. Nəticədə obyektin tüstü bacasında yağ qalıqları alışıb. Alov tez bir zamanda söndürülüb. Ətraf ərazilər mühafizə olunub.
Araşdırma aparılır. [modula id="27484"]