Ötən il yanan qadın bu gün dünyasını dəyişib.
Report.az-ın məlumatına görə, hadisə Kotec qəsəbəsində baş verib. 63 yaşlı Sahibə Hüseynova 31 dekabr tarixində evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb.
O, dərhal xəstəxanaya çatdırılıb. Lakin aparılan müalicələrə baxmayaraq, xəstəxanada vəfat edib.
Araşdırma aparılır.