“PROGRO” Sumqayıt Mərkəzinə xarici qonaq təşrif buyurub. Bu barədə 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron PROGRO Sumqayıt Mərkəzinin qonağı olub. Görüş zamanı M.Kemeron mərkəzin müxtəlif təlimlərindən faydalanmış və bu təlimlər sayəsində iş imkanı qazanmış gənclərlə söhbət edib və onların təəssüratlarını dinləyib.
Qeyd edək ki, səfər “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində təşkil olunub.