top
Məşhur ekoloq: “Yaxın 10 ildə dənizin səviyyəsi yüksələcək”- ÖZƏL MÜSAHİBƏ
26 oktyabr 2024, 06:39
- ↺ +

Məşhur ekoloq: “Yaxın 10 ildə dənizin səviyyəsi yüksələcək”- ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddətdir ki, həm sosial şəbəkələrdə, həm də xəbər portallarında Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məlumatlar dolaşır. Bu prosesi müxtəlif amillərlə əlaqələndirirlər. Dünyanın ən böyük gölündə suyun azalma səbəbini iqlim dəyişiklikləri, su axınlarının dəyişməsi və insan fəaliyyəti ilə əlaqələndirənlər də az deyil.

Sumqayit24.az-ın əməkdaşı məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli ilə həmsöhbət olub.

Foto Sumqayıt24

Müsahibəni təqdim edirik:

- Xəzər dənizinin səviyyəsinin azalmasına səbəb olan əsas amillər hansılardır?

- Milyon illərdir ki, Xəzər dənizinin səviyyəsi enərək bu həddə çatıb. Xəzərdə heç vaxt suyun səviyyəsi belə olmayıb. İllər ərzində su müxtəlif səbəblərdən çəkilib. Son dövrlər suyun səviyyəsi sürətlə azalır. Bu, bir çoxlarını narahat edir. Xəzərin quruyacağını düşünürlər. Yaxın 100 ildə Xəzər dənizi qurumayacaq. Xəzərin sahilində beş dövlət var. Hər biri qabaqlayıcı tədbir görəcək.

Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinə iqlim dəyişikliyi, quraqlığın artması, Volqa, Ural, Kür və Terek çaylarının suvarmaya cəlb olunması təsir edir. Kür suvarma sisteminə görə, aşağı axara gedib çata bilmir. Hamısı bir -birinə bağlıdır. Yaxın 10 ildə dənizin səviyyəsi yüksələcək.

- Bunun ekosistemlər və populyasiyalar üçün hansı nəticələri ola bilər?

- Əlbəttə ekosistemlərə və populyasiyalara ciddi təsiri olacaq. Səviyyənin azalması səhralaşma yaradacaq.

- Sahil ərazilərinin qorunması üçün hansı tədbirlər görülür?

- Sahil ərazilərindəki bulvarların qorunması üçün əlbəttə ki, tədbirlər görüləcək. Xəzər aşağı çəkildikcə bulvarlar yerini dəyişmək məcburiyyətində qalacaq. 30 il əvvəl Xəzərdə suyun səviyyəsi qalxırdı. İndi əks proses baş verir. Yəni, su geri çəkilir.  Tikililər yerini dəyişəcək. Başqa yolu yoxdur. Bir müddət sonra Xəzərin səviyyəsi qalxacaq. Mütəxəssislər təkliflər verməlidirlər.

Səviyyənin aşağı enməsi naviqasiyaya çox ciddi təsir edir. Bizim gəmilərimiz   aprel ayından noyabra qədər Volqa-Don kanalından keçərək, həm Azov, həm də Qara dəniz vasitəsilə dünya okeanına çıxır. Çıxışın səviyyəsi dəyişilibsə, problemlər yarada biləcək.

- Dənizdə suyun səviyyəsinin azalması iqtisadiyyata, o cümlədən balıqçılıq və turizmə necə təsir edə bilər?

- Bu vəziyyətin iqtisadiyyata təsiri ola bilər. Qida rasionumuzun əsasını balıq təşkil etmədiyi üçün balıqçılıq iqtisadiyyatımızın cüzi hissəsini təşkil edir. Bu da balıqçılığa ciddi təsir etmir. Turizmdə də eyni məsələdir. Ciddi təsir etməyəcək. Yeni təsislər qurulacaq. Turistlər istədiklərimi kimi istirahət edəcəklər.

- Tarixdə dəniz səviyyəsində əhəmiyyətli dəyişikliklər olubmu? Bundan hansı nəticələri çıxara bilərik?

- Xəzərin səviyyəsində dəyişikliklər çox olub. Ötən əsrin 1980-ci illərində suyun səviyyəsi qalxmışdı. Enmə ilk dəfə deyil. Hazırda iqlim dəyişikliklərinin də təsiri var. Quraqlıq var. Nəticədə havalar daha çox isinir. Dənizin buxarlanması da çoxdur. Hamısı birbaşa suyun səviyyəsini aşağı salan amillərdir.

- Yaxın onilliklərdə Xəzər dənizinin səviyyəsində baş verə biləcək dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Yaxın onilliklərdə Xəzərdə suyun səviyyəsi artıb-azalacaq.

- Bu məsələ ilə bağlı hazırda hansı araşdırmalar aparılır?

- Sahilyanı dövlətlərin hər birində elmi tədqiqat işlər aparılır. Coğrafiya fakültələri, AMEA-nın Coğrafiya institutu, Xəzər Dəniz Gəmiçilik İdarəsi və Hidrometrologiya idarələrində bir çox araşdırmalar gedir. Ümid edirəm ki, təkliflərinin nəticəsi çox yaxşı olacaq.

- İqlim dəyişmələri bütün dünyanı, o cümlədən Azərbaycanı narahat edən qlobal problemlərdəndir. Bunun bariz nümunəsi kimi növbəti ay ölkəmizin COP29-a ev sahibliyi etməsidir. Bəs dəniz suyunun səviyyəsinin azalmasında iqlim dəyişikliyinin rolu nədir?

- İqlim dəyişikliyi dünyada hər zaman baş verib. Bəşəriyyət yarandığı gündən iqlim dəyişikliyi gedir. 1980-ci illərdən Birləşmiş Millətlər Təşkilatı havaya karbon kütləsini artıran müəssisələrin bağlanmasına çağırır. Çağırış hələlik ciddi nəticə verməyib. Azərbaycanda keçiriləcək COP29 ciddi tədbirdir. Təsirləri olacaq. Yeni təklif hazırlanıb, qəbul olunacaq. Ümid edirəm ki, BMT qəbul olunan təklifi reallaşdıracaq.

Ümumiyyətlə, dəniz səviyyəsinin azalmasına iqlim dəyişikliyinin təsiri çoxdur. Səhralaşma və istiləşmə olduğuna görə, suvarmaya ehtiyac yaranır. Xəzərin su daşıyıcı çayları quruyur, Uralın səviyyəsi aşağı düşüb və azalır. Volqa suvarmadan dolayı azalıb, Kür çayı ötən il Xəzərə çata bilmirdi. Bütün bunlara iqlim dəyişikliyinin təsiri var. Düşünürəm ki, bu problemin qarşısını almaq mümkündür.

Nəzrin Vahid

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər