top
Məşhur kosmetoloq plagiatda günahlandırıldı, dəfələrlə məhkəməyə verildi, cərimələndi - ARAŞDIRMA
09 aprel 2025, 06:25
- ↺ +

Məşhur kosmetoloq plagiatda günahlandırıldı, dəfələrlə məhkəməyə verildi, cərimələndi - ARAŞDIRMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayevanı məhkəməyə veriblər.

Teleqraf.az-ın əldə etdiyi xəbərə görə, iddia ərizəsinə Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə baxılıb.

İddiaçılar Elnarə Rzayevaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.

Rzayevanın üzərinə onların ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barələrində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin əksini tapdığı “İnstaqram” internet platformasında öz durumundan (profilindən) üzr istəməsi, həmçinin eyni davranışların cavabdehə qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi 50 min manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş ediblər.

İddia ərizəsində göstərilib ki, onlar Bakı və Sumqayıtda “LBC” adı altında estetik kosmetoloji klinikaları idarə edirlər, ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda çoxsaylı şəxslər tərəfindən peşəkar həkim kimi tanınırlar.

İddiaçılar bildiriblər ki, 2017-ci ildən özünü guya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili və heç bir xüsusi icazəsi (lisenziyası) olmayan Elnarə Rzayeva müxtəlif sosial şəbəkələrdə onlara məxsus uğurlu estetik nəticələri əks etdirən foto-şəkilləri mənimsəyib və öz “İnstaqram” sosial platformasındakı durumdan (profildən) paylaşmağa başlayıb. Buna cavab olaraq Elnarə Rzayevaya bu hərəkətlərini dayandırması və gələçəkdə də təkrarlamaması barədə şifahi məlumat veriblər.

Lakin Elnarə Rzayeva onların ünvanına etikadan kənar, təhqiramiz sözlər yağdırıb, bu fəaliyyətini hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayımda da davam etdirib.

Bununla bağlı iddiaçılar Nizami Rayon Məhkəməsinə müraciət ediblər və məhkəmənin 2 avqust 2018-ci il tarixli qətnaməsi ilə Elnarə Rzayevanın üzərinə onların ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə üzr istəməsi vəzifəsi qoyulub.

Həmçinin eyni davranışlar Elnarə Rzayevaya qadağan edilib, vurulmuş mənəvi ziyan kimi iddiaçıların xeyrinə 10 min manat məbləğində pul vəsaitinin tutulması təmin olunub.

Buna baxmayaraq, Elnarə Rzayeva yenidən 12 oktyabr 2023-cü ildə özünə məxsus "İnstaqram" sosial şəbəkəsində Rəna Soltanova və Nigar Rüfətin, eləcə də onların klinikalarının ünvanına təhqiramiz post paylaşıb, şərh hissəsində təhqirlər üçün şərait yaradıb.

İddiaçılar Elnarə Rzayevanın bu əməllərindən dərhal sonra Yasamal rayon Polis İdarəsinə müraciət ediblər. İş araşdırılması üçün müstəntiqin icraatına verilib. Lakin oktyabrın 31-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.

Daha sonra Rəna Soltanova və Nigar Rüfət xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmənin hökmü ilə Elnarə Rzayeva 10 min məbləğində cərimə edilib.

Daha sonra apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət alıb, 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilib.

Rəna Soltanova və Nigar Rüfətin iddiası üzrə daha bir məhkəmə bu il fevralın 14-də yekunlaşıb. Hakim Ramin Quliyevin sədrliyi ilə keçirilən prosesdə yeni qətnamə çıxarılıb.

Elnarə Rzayevanın üzərinə iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin yayıldığı “İnstaqram” internet platformasında öz durumu (profili) vasitəsilə üzr istəməsi vəzifəsi qoyulub.

Həmçinin Elnarə Rzayevaya iddiaçılara qarşı eyni davranışların edilməsi qadağan olunub. Mənəvi zərərə görə 500 manat pul Elnarə Rzayevadan tutularaq iddiaçılara ödənilməsi barədə də qərar verilib.

Qeyd edək ki, Elnarə Rzayeva bundan əvvəl də başqa-başqa iddialar üzrə məhkəməyə verilib. Bakıda yerləşən “Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibbi fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyi məhkəmə qərarı ilə müəyyən edilib.

Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.

Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə “Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibbi fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Dünən, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Oxşar xəbərlər