Tanınmış taksi sifarişi operatoru ziyana düşüb.
Trend-in məlumatına görə, Azərbaycan Yerüstü və Nəqliyyat Agentliyi (AYNA) “BELLFAST BAKU” MMC-ni ("Maxim" taksi sifarişi operatoru) 20.000 manat miqdarında cərimələyib.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.