Matəm günü, dekabrın 26-da Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Prezident İlham Əliyev, bu gün Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatının baş verməsi ilə əlaqədar, 26 dekabr tarixində Azərbaycanda matəm günü elan edilməsi haqqında Sərəncam imzalayıb.