Sumqayıtda Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib. Bu barədə 1 may tarixində Sumqayıt 1 saylı Mediasiya Təşkilatı xəbər yayıb.
Görüşdə komissiyanın sədri Mayıl Əhməd, üzvləri Oğul Kərimov, Gülşən Salmanova, Tünzalə Hacıyeva və Rəfael Cabbarov iştirak ediblər. Onlar Şuraya daxil olan vətəndaş şikayətlərinə baxıb, şikayətçi vətəndaşlarla danışıqlar aparıblar. Barələrində intizam icraatı başladılmış mediatorlarla görüş keçirilib.
Sonda qəbul edilmiş rəylər Mediasiya Şurasının İdarə Heyətinə təqdim olunub.