Sumqayıt şəhər Səməd Vurğun küçəsində yerləşən “Mehdi Hüseynzadə” adına stadion gələn ilin əvvəllərində təhvil veriləcək. Bu haqda bu gün, 7 dekabr tarixində Xeberle.com-a istinadən xəbər veririk.
"Stadionun fasadında təmir bərpa işləri görülür. Bu ilin sonunda stadiona əlavə vəsait ayrılacaq və bu səbəbdən 2022-ci ildə stadionu təhvil verə biləcəyik"- stadionun direktoru Nadir Quliyev bildirib.
Həmçinin o qeyd edib ki, hazırda işlər davam edir.
Qeyd edək ki, 2019-cu ildə stadionun yenidən qurulmasına 5 milyon manat vəsait ayrılmışdır.