Məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu başlayır.
Sumqayit24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Namizədlər yanvarın 24-ü saat 11:00-dək apellyasiya üçün link vasitəsilə müraciət edə bilərlər.
Apellyasiya müraciətləri müvafiq komissiya tərəfindən araşdırıldıqdan sonra nəticələr namizədlərə SMS bildiriş vasitəsilə göndəriləcək.