top
Millət vəkili: Bakı-Sumqayıt qatarından da istifadə edirəm
26 sentyabr 2024, 23:53
- ↺ +

Millət vəkili: "Bakı-Sumqayıt qatarından da istifadə edirəm"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Deputat elektrik qatarlarının təhlükəsizliyindən və rahatlığından danışıb.

"Report"a açıqlama verən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, Azərbaycanda son illərdə sərnişin qatarları xidmət səviyyəsində yeni mərhələyə qədəm qoyub. O, Bakı-Sumqayıt qatarından da istifadə etdiyini bildirib:

“Bakıda gündəlik olaraq daha çox şəxsi avtomobildən, ölkə daxilində isə daha çox elektrik qatarından istifadə edirəm. Valideynlərim Ağstafada yaşadıqları üçün, mütəmadı olaraq Bakı-Ağstafa-Bakı qatarının sərnişiniyəm. Bakı-Sumqayıt qatarından da istifadə edirəm. Ona görə deyə bilərəm ki, qatarla səyahət çox rahatdır, yüksək standartlara cavab verir. Belə ki, müasir qatarlarda oturacaqlar çox rahat və əlverişlidir. Qatarla uzun yol insanı yormur. Çünki uzun yolu dar məkanda deyil, geniş, təmiz və rahat məkanda keçirmək olur. Qatarla getməyin bir üstünlüyü də xidmət səviyyəsinin yüksək olmasıdır. Bələdçilər hər kəsə xüsusi qayğı və diqqətlə xidmət edirlər. Çox mədəni, alicənab və yüksək keyfiyyətli insanlar seçilir. Qatarlarda müxtəlif siniflər təklif edilir. Ancaq hesab edirəm ki, bütün siniflərdə təklif edilən standartlar eynidir. Sadəcə digər siniflərdə müxtəlif növ yeməklər təqdim edilir”, - deyə o qeyd edib.

M.İbrahimqızı Azərbaycanda dəmir yolu infrastrukturunun Sovet İttifaqı dağılandan sonra tamamilə məhv olduğunu, Prezident İlham Əliyevin sərəncamları ilə bu sahəyə investisiyalar yatırdığını vurğulayıb:

"Bu gün həmin investisiyalar bəhrəsini verir. Dəfələrlə Avropa İttifaqı ölkələrində olmuşam, elektrik qatarlarından istifadə etmişəm. Ölkəmizdəki qatarlar Avropadakı alternativlərindən heç də geri qalmır. Hətta deyərdim ki, bir çox ölkələrlə müqayisədə bizdə xidmət səviyyəsi və təhlükəsizlik daha üstündür”.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sentyabrın 24-dən tətbiqinə başladığı loyallıq proqramına toxunan deputat deyib ki, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gediş üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır:

"Bu proqram gündəlik Bakı dairəvi dəmir yolu xəttindən istifadə edən şəxslərə fayda verəcək. Noyabrın 1-dən isə səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Bu da sərnişinlər üçün çox əlverişli olacaq. Bununla yanaşı, bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edilib. Bu kimi amillər qatarı digər nəqliyyat növlərindən üstün edir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər