41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda 21 iyun tarixində məlumat verir.
Görüş YAP şəhər təşkilatının inzibati binasında baş tutub. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Sakinlər, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qəbulda seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerindəcə həll edilib.