Sumqayıtda deputat Müşfiq Məmmədli vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
Görüş YAP Sumqayıt şəhər təşkilatının binasında təşkil olunub. Vətəndaşlar məişət, məşğulluq, sağlamlıq, məhkəmə və digər mövzularda millət vəkilinə müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə növbəti qəbula sosial şəbəkə və ya (050) 277-96-84 nömrəsi vasitəsilə yazılmaq olar.