top
Mirasla bağlı mübahisələrə SON QOYULUR?
10 iyul 2025, 04:42
- ↺ +

Mirasla bağlı mübahisələrə SON QOYULUR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrdə, "Notariat haqqında" və "İcra haqqında" qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Yeni dəyişikliklərlə son illər daha çox müşahidə edilən mirasla bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir.

Sumqayit24.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, son illər dünyasını dəyişmiş şəxsin övladları arasında bir sıra hallarda mirasa, yəni, əmlaka və sərvətə sahib olmaq ilə bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu:

"Bəzən bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə səbəb olurdu. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən, mirasdan imtina vərəslərinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmiləşəcək. Yəni, vərəsələrdən hər hansı birinin miras ilə bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək.

Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Belə ki, əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olub ki, yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Belə ki, əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni, mirası qəbul və ya imtina etməməsi, onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu”.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir:

“Belə ki, əvvəlki qanunvericiliyə əsasən, vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən, bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsin mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə, bu mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara isə yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır. Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınması tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır".
Deputat əlavə edib ki, miras açıldıqdan sonra vərəsənin dünyasını dəyişməsi və onun vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik bazası da təkmilləşir və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır:

"Belə ki, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasdan imtina müddəti ilə məhdudlaşdırılır və daha əlverişli qaydalar müəyyənləşdirilir. Dəyişikliklərə əsasən, ölmüş vərəsənin varisinin mirasdan imtina üçün müəyyənləşdirilmiş müddət 3 aydan az olarsa, həmin müddət 3 ayadək uzadılır”.

O, həmçinin qeyd edib ki, vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır:

“Yəni, dünyasını dəyişən şəxsin kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Belə ki, yeni dəyişikliklərə əsasən, mirasın siyahısı notarius tərəfindən təsdiq edildikdə, vərəsələr miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar”.

Sonda deputat bildirib ki, miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib.

“Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu vərəsədən imtina etməyən, amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımından olduqca vacib dəyişiklikdir. Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
30 oktyabr 2026, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
30 oktyabr 2026, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
30 oktyabr 2026, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Oxşar xəbərlər