Bəstəkar-müğənni Murad Arif dünyada ən çox tanınan yerli DJ-imiz, xarici ölkə hitparadlarına, elektron musiqisi listlərinə tez-tez düşən Jay Aliyev ilə işbirliyi qurub.
Sumqayıt24 xəbər verir ki, sözləri və musiqisi sumqayıtlı sənətçiyə məxsus "O qızın adı nədir?" bəstəsinin klipi artıq YouTube platformasında yayımlanıb.
Layihənin prodüserliyini Jay Aliyev həyata keçirib.