"Murov qartalı” ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçilib. Bu barədə 6 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Sevinc Orucovanın şəxsi səhifəsində paylaşdığı məlumata görə, bu gün Kollegiyanın növbəti 5 illik konfransı keçirilib. Anar Bağırov yenidən sədr vəzifəsinə seçilib. Onun təklifi və iştirakçıların səsverməsi ilə xanım Orucova Rəyasət Heyətinin üzv olub.