G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda “Un məmulatları və qənnadı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçiriləcək.
Sumqayit24.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, tədbir oktyabrın 29-da saat 11:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Tədbirdə aşağıdakı qurum və təşkilatların nümayəndələri
iştirak edəcəklər:
- Sumqayıt Şəhər İcra Hakimiyyəti;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi;
- Dövlət Məşğulluq Agentliyi;
- Dövlət Vergi Xidməti;
- Sahibkarlığın İnkişafı Fondu;
- Sumqayıt KOBİM;
- "ABAD" publik hüquqi şəxsi;
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası;
- Azərbaycan Qida və İçki Sənayəçiləri Assosiasiyası;
- Müvəkkil kredit təşkilatları;
- Müvafiq sahibkarlıq subyektləri.
Əlaqə vasitələri: (055) 500 12 33;
[email protected].