top
“Naliyyətim bir günün nəticəsi deyil” – Dünyanın nüfuzlu universitetində oxuyan sumqayıtlı qızla ÖZƏL MÜSAHİBƏ
06 yanvar 2025, 08:00
- +

“Naliyyətim bir günün nəticəsi deyil” – Dünyanın nüfuzlu universitetində oxuyan sumqayıtlı qızla ÖZƏL MÜSAHİBƏ

Dünyanın ən nüfuzlu və reytinqli universitetlərində bugünə qədər bir çox azərbaycanlı tələbə təhsil alıb. Bu siyahıda dünyanın ən məşhur ali təhsil müəssisələri olan Oksford, Harvard, Kembric kimi universitetlər var.

Azərbaycanın belə istedadlı gənclərindən biri də dünyanın ən nüfuzlu universitetlərindən sayılan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olan Sevinc Mahmudovadır.

Sumqayit24.az onunla müsahibəni təqdim edir:

- Öncə özünüz barədə ətraflı məlumat verərdiniz.

- Sevinc Mahmudova. 2006-cı ildə Sumqayıtda anadan olmuşam, özüm əslən Şəkidənəm. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 2024-cü il məzunuyam. Bu yaxınlarda dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olmuşam. Bu ilin sentyabr ayından həmin universitetdə təhsil almağa başlayacam.

- Universitet seçimi edərkən Massaçusets Texnologiya İnstitutunda təhsil almağa necə qərar verdiniz?

- Seçim etdiyim sahə üzrə ən reytinqli təhsil ocağıdır. Həm də univeristetin öz dəyərləri var. Müşahidə apardım və gördüm ki, mənim dəyərlərimlə üniveristetin dəyərləri üst-üstə düşür. Həmçinin, mənimlə birgə bu yola çıxan dostlarımın əksəriyyəti Massaçusets Texnologiya İnstitutuna qəbul olub. Mən də “niyə də yox” deyib müraciət edərək, qəbul aldım.

- Bəs, riyazi elmlərə marağınızı, bu uğura gedən yolu necə müəyyən etdiniz?

- İbtidai sinifdən Riyaziyyat fənninə marağım olub. 5-ci sinifdə oxuyanda Riyaziyyat müəllimim olimpiada anlayışı ilə bizi tanış etdi. Sinifdə riyazi elmə marağı olan şagirdləri seçib dərs keçirdi. Həmin vaxt Sumqayıtda təhsil alırdım. Sumqayıt regional üzrə olimpiadada 3-cü yeri tutdum. 6-cı sinifdə Dəyanət liseyinə qəbul oldum. Amma olimpiadaları da unutmadım. 11-ci sinifə qədər müxtəlif olimpiadalarda yerlər tutdum. Ən böyük uğurum isə Beynəlxalq Riyaziyyat Olimpiadasında qazandığım bürünc medaldır.

- Təhsil həyatında bu uğuru əldə etmək üçün necə çalışırdınız?

- Heç zaman daha çox oxumaqdan imtina etmədim. Zamanla çalışmağımın bəhrəsini də görürdüm, hansı ki mənə motivasiya verirdi.

Ümumiyyətlə, bu naliyyətlərim bir günün, bir ayın nəticəsi deyil. Neçə illərin, neçə adamların mənim üzərimdə birlikdə qoyduğu əziyyətlərin toplamıdır. Məncə, əsas məsələ gördüyümüz işi sevməkdir. Ətrafımda həmişə dərs oxumaqdan şikayət edən insanlar olurdu. Mən düşünürəm ki, şikayət etməkdənsə, dərs oxumağı sevdiyimiz bir şey halına gətirməklə davamlı edə bilərik.

- Dərslərinizi nə zamanlar oxuyurdunuz?

- Düzünü desəm, imkan tapdıqca. Elə bir dövrdə yaşayırıq ki, hər bir şagirdin təhsil həyatında bir nöqtədən sonra artıq nə qədər çalışmağından asılı olmayaraq hələ də oxumalı olduğu nəyisə qalır.

- Dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olmaq necə hiss etdirir?

- Xəyalımdakı universitet idi. Keçən il müraciət edəndə Azərbaycandan 1 qəbul, 1 əlavə var idi və o mən idim. Şansımı bir daha yoxlamaq qərarına gəldim və indi əziyyətimin bəhrəsini gördüyüm üçün çox xoşbəxtəm.

- Massaçusets Texnologiya İnstitutunda (MIT) tələbələrdən tanıdığınız varmı?

- Hələ ki mənimlə eyni dövrdə qəbul olan digər şagirdləri yaxşı tanımıram. Ancaq hazırda MİT-də təhsil alan digər azərbaycanlıların çoxusunu ortaq olimpiada cəmiyyətində olduğumuz üçün hələ onlar qəbul olunmadan öncə də tanıyırdım, əlaqələrimiz yaxşıdır.

- Gələcəklə bağlı fikirlərin nələrdir?

- ⁠Daim inkişaf yönümlü işləməyin tərəfdarı olmuşam. Qarşımda hələ seçə biləcəyim çox ixtisas və bunun üçün də zamanım var. Lakin nə olursa olsun, bu gün məni mən edən dəyərləri qoruyub saxlamağı, gələcəkdə də Azərbaycana faydalı, vəfalı bir şəxsiyyət olmağa davam edəcəm.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Dünən, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Dünən, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Dünən, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Dünən, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Dünən, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Dünən, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Dünən, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Dünən, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Dünən, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Dünən, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Dünən, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
10 sentyabr 2026, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
10 sentyabr 2026, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
10 sentyabr 2026, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
10 sentyabr 2026, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər