Sumqayıtda narkotik istifadəçilərinin üzərində patronlar aşkarlanıb.
Apa.az-ın məlumatına görə, 2 nəfərin üzərində patron və narkotik vasitə olması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Qardaşlı və Ə.Quliyev saxlanılıb.
Araşdırmalarla onlardan narkotik vasitə olan metamfetamin və 10 ədəd patron aşkar olunaraq götürülüb.