Sumqayıtda növbəti qrupda natiqlik dərslərinə yekun vurulub. Sumqayıt24 bu barədə 26 noyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
“Şagird Diksiya klubu” layihəsi çərçivəsində 14 saylı tam orta məktəbdə 4-cü qrup şagirdlərinin interaktiv seminarları və praktik məşğələ keçirilib. Təlimdə politoloq, gənc natiq Əli Miriyev tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər iştirakçılara çatdırılıb, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında elektron təqdimat nümayiş etdirilib.
Qeyd edək ki, növbəti qrupun seminarlarının dekabrın 9, 16, 23-ü tarixlərində keçirilməsi nəzərədə tutulur.