Sumqayıtda uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə dekabrın 1-də gecə saatlarında baş verib. Çağırış üzrə xilasetmə qüvvələri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaq xilas edilib.