Gənclər və idman naziri Sumqayıtda olub. Sumqayıt24 bu haqda 8 dekabr tarixində nazirliyə istinadən xəbər verir.
Nazir Fərid Qayıbov Paralimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olub, onun fəaliyyəti ilə maraqlanıb və müvafiq tövsiyələr verib. Daha sonra o, üzgüçülük, cüdo, kamandan oxatma, ağırlıqqaldırma və voleybol bölmələrində məşq edən idmançılarla görüşüb.
Qeyd edək ki, nazir paraatıcılıq üzrə keçirilən yarışın qaliblərinin mükafatlandırılmasında da iştirak edib.