Sumqayıtda yeni mərkəz açılacaq.
Sumqayit24.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov paytaxtda keçirilən Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimində deyib.
Onun sözlərinə görə, bölgələrdə də AİM-lərin açılması planlaşdırılır. Onlar yaxın perspektivdə Sumqayıt və Gəncədə təsis ediləcək.
Qeyd edək ki, sözügedən mərkəz texnoloji sahibkarlar, startapçılar, innovatorlar üçün vahid mərkəz rolunu oynayacaq.