Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə ötən gün, saat 20:00 radələrində baş verib. 61 yaşlı Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 26 yaşlı Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb. Sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.