Novxanı qəsəbəsində qəza törədən və Dövlət Gömrük Komitəsinin leytenantı kimi qələmə verilən şəxs barədə Komitədən rəsmi açıqlama verilib.
Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib ki, qəsəbədə sərxoş halda qəzaya səbəb olan Samir Vəliyev gömrük orqanlarında xidmət etmir və yayılan məlumat həqiqətə uyğun deyil.
Xatırladaq ki, yol nəqliyyat hadisəsi zamanı 27 yaşlı Nuranə Qasımova ağır xəsarət alıb.