Novxanı qəsəbəsində iməcilik aparılıb.
Sumqayit24.az xəbər verir ki, “Parlaq sahillər” adlı aksiya Yelo Bank tərəfindən dəniz sahilində təşkil olunub. Bank əməkdaşları və onların ailə üzvləri ərazidən yarım tona yaxın plastik, şüşə və digər tullantılar toplayıblar.
Qeyd edək ki, onlar həm tullantıların yığılması, həm də çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.