Novxanıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
“Kia” ilə “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “Kia”nın sürücüsü, 54 yaşlı Mübariz Allahverdiyev avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yaralı FHN-in xilasedicilərinin köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.