Novxanı qəsəbəsində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici təlim keçirilib. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Sahil ərazisində təşkil olunan təlim “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunu əhatə edib.
Təlimdə kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, eyni zamanda gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda iştirakçılara maarifləndirici broşürlər paylanılıb.