"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
Qafqazinfo.az-ın məlumatına görə, həbsin səbəbi mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, reabilitasiya mərkəzi Novxanı qəsəbəsində yerləşir. Hazırda onun qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi araşdırılır.