top
Oftalmoloq: “Göz rəngini dəyişən pasiyent hər şeyi həmin rəngdə görəcək” – AÇIQLAMA
25 sentyabr 2024, 08:15
- ↺ +

Oftalmoloq: “Göz rəngini dəyişən pasiyent hər şeyi həmin rəngdə görəcək” – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar ölkəmizdə getdikcə daha çox insan göz rəngini dəyişdirmək üçün əməliyyat keçirməyə qərar verir. Bu əməliyyatı sırf gözəllik üçün edirlər. Göz rəngini dəyişmək əməliyyatı adətən iridolojiya adlanan bir prosedurla həyata keçirilir. Həmin əməliyyat gözün irisinin rəngini dəyişmək məqsədilə edilir və gözün irisinin üst qatına xüsusi bir implant yerləşdirilir.

Bir çox tanınmış şəxslər də göz rəngi əməliyyatı etdirirlər. Və sosial şəbəkələrdə göz rəngini həmişəlik necə dəyişdiklərini nümayiş etdirərək öz təcrübələrini bölüşürlər, bir növ çağırış edirlər. Aparıcılar Nanə Ağamalıyeva və Mətanət Əliverdiyeva da bu əməliyyatı etdirib, göz rəngini dəyişiblər. Göz rəngi dəyişmə əməliyyatı bir çox ölkələrdə mübahisəlidir və qanunla tənzimlənir.

 

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Amerika Oftalmologiya Akademiyası keratopiqmentasiyanın təhlükələri və göz rənginin dəyişdirilməsinin digər üsulları haqqında xəbərdarlıq edib. Böyük Britaniyada bu prosedur kosmetik məqsədlər üçün tamamilə qadağandır. Bunu etmək istəyənlər xüsusi olaraq xaricə getməyə məcbur olurlar.

 

Bəs görəsən, göz rəngini dəyişmə əməliyyatın hansı riskləri var?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən oftalmoloq Elmira Yusubovanın sözlərinə görə, göz rəngi dəyişmə əməliyyatı çox fəsadlı bir prosedurdur:

“Bu prosedur pasiyentin gözündə adətən hər hansı bir problem, ləkə və çapıq olan zaman edilir. Sağlam gözdə bu proseduru etmək qətiyyən olmaz. Çünki gələcəkdə ciddi fəsadlar meydana gələ bilər. Bir həkim kimi heç kimə göz rəngini dəyişmə əməliyyatını məsləhət bilmirəm”.

E.Yusubova qeyd edib ki, göz rəngi dəyişmə əməliyyatından sonra pasiyent hər şeyi həmin rəngdə görür:

“Əməliyyatdan sonra görmə prosesində ciddi problemlər üzə çıxa bilər. Gözün sağlam qişasını rəngləyirlər. Əlbəttə ki, ciddi problemlər yaranacaq. Buynuz qişa şəffaf olmalıdır. Bu yaradılışdan belədir. Buynuz qişanı rəngləndiyi üçün hər şeyi həmin rəngdə görürlər. Çünki buynuz qişanın kölgələri məhv olur. 5-10 il sonra ciddi fəsadları ilə də üzləşəcəklər. Əməliyyat olunanların başlarına gələcəklərdən xəbərləri yoxdur. Gec-tez fəsadları olacaq. Əməliyyat etdirib, narazı qalanlar da az deyil”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər