Avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan "Limonçik Əli" artıq "TikTok" platformasında canlı yayımlar açmağa başlayıb.
Sumqayit24.az-ın məlumatına görə, Əli İsmayıllı yeniyetmə olduğu üçün Cinayət Məcəlləsininə uyğun olaraq ailəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb.
Xatırladaq ki, Ə.İsmayıllı və digər saxlanılan şəxslər Abşeron və Suraxanı rayonlarında oğurladıqları qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.
Onların Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Toyota", "Hyundai", "Range Rover" və "Mercedes-Benz" markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.
Qeyd edək ki, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşan Ə.İsmayıllının saxlanılması barədə xəbər çıxmışdı. O, illər əvvəl Sumqayıt şəhərində də alverlə məşğul olub.