Sumqayıtlı şagirdlər "Honey Cake Pastry School" kulinariya incəsənəti məktəbində təcrübə keçiblər. Bu barədə Sumqayıt24 xəbər verir.
Səfərdə iştirak edən gənclər 29 nömrəli məktəbin Peşə təmayüllü siniflərində təhsil alırlar. Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvü, sözügedən incəsənət məktəbinin rəhbəri Gülnar Rəsulova şagirdlərə Elmira Qədirovanın resepti əsasında pendirli üçbucağın hazırlanma qaydasını izah edib.
Qeyd edək ki, onların ixtisas müəllimi Səadət Şükürovadır, qrup rəhbəri isə Yeganə Novruzova olub.