Cari ilin avqust ayında yaşa görə pensiya alanların sayı açıqlanıb.
Sumqayıt24.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib. Belə ki, ötən ay yaşa görə pensiya alanların sayı 710.775 nəfər olub. Onların 43,88%-ni kişilər, 56,12%-ni isə qadınlar təşkil edib.