Dekabrın 26-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Şavkat Mirziyoyev təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə və həlak olanların yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. İlham Əliyev özbək həmkarına diqqətinə və başsağlığı diləklərinə görə minnətdarlığını bildirib.