Sumqayıtda pəncərədən yıxılan uşağın son vəziyyəti məlum olub.
Bu barədə Sumqayit24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxs 19.04.2025-ci il tarixində, saat 17:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
“Kəllə-beyin travması diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir,” – deyə məlumatda qeyd edilib.